“Gələn həftə Vaşinqtonda sülh müqaviləsinin mətni hazırlanacaq” – Rusiya sərt reaksiya verəcək?

“Gələn həftə Vaşinqtonda sülh müqaviləsinin mətni hazırlanacaq” – Rusiya sərt reaksiya verəcək?

Xəbər verdiyimiz kimi, Ermənistanın baş naziri Nikol Paşinyan gələn həftə Ermənistan və Azərbaycan Xarici İşlər nazirləri arasında danışıqların Vaşinqtonda baş tutacağını açıqlayıb.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə deyib ki,  Vaşinqton iki ölkə arasında sülhün əldə edilməsi istiqamətində praktiki addımlar atır:

 

“Həmçinin, kommunikasiyaların və sərhədlərin delimitasiya-demarkasiyası üzrə İşçi Qrupun iclası da keçiriləcək. Bununla bağlı razılıq əldə edilib. ABŞ-də aparılan danışıqlar prosesində müsbət nəticənin olacağı istisna deyil. Çünki hər iki ölkə bir sıra məsələlərdə razılığa gəlib. ABŞ may ayından sülhün əldə edilməsi üçün real imkanlar yaradıb. Vaşinqtonda nazirlərin görüşü isə bir neçə gün çəkə bilər. Ola bilər ki, sülh müqaviləsinin mətni hazırlansın”.

 

Ekspert qeyd edib ki, bu istiqamətdə müəyyən irəliləyişlər olsa da, Ermənistan Qarabağ erməniləri ilə bağlı iddialardan da tam əl çəkmir:

 

“Həmçinin anklavlarla bağlı məsələlərdə İrəvan öz mövqeyinə düzəliş etməyib. Digər tərəfdən, Vaşinqton görüşündə müsbət nəticə olacaqsa, Rusiya yenidən fəallaşacaq. Düşünürəm ki, Qarabağda və şərti sərhəddə təxribatlara əl atılacaq”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

"Kapital Bank"dan neftçilərə qızıl kimi TƏKLİF

20 Sentyabr Neftçilər Günü münasibətilə ölkənin birinci bankı Kapital Bank neftçilərə bu il də xüsusi fürsət təqdim edir. Belə ki, neftçilər 10.9%-dən başlayan ...

Azərbaycan neft və qazdan nə qədər qazanıb? - RƏQƏMLƏR

Bu gün “Əsrin müqaviləsi”nin bağlanmasından 30 il keçir. “Əsrin müqaviləsi” Azərbaycan üçün böyük imkanlar yaradıb. Bu imkanlar arasında...

Ukraynada bu şəxslərə teleqramdan istifadə qadağan edildi

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası hərbçi və dövlət qulluqçularına xidməti cihazlarda teleqram mesencerindən istifadəni qadağan edib.   ...

Sabah leysan yağacaq - XƏBƏRDARLIQ

Sentyabrın 21-də Bakıda və rayonlarda yağış yağacağı gözlənilir.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. &nbs...

Xanımların DİQQƏTİNƏ - Bu kosmetoloqların qurbanı ola bilərsiniz!

Qadınların gözəllik üçün etdirdiyi kosmetoloji prosedurlarla yanaşı, kosmetoloqların da sayında artım müşahidə edilir. Lakin onların əksəriyyətinin bu sahə...

Universitetlərin keyfiyyət göstəricisi necə müəyyənləşdirilir? - Təhsil eksperti aydınlıq gətirdi

Bildiyimiz kimi, ölkəmizdəki ali təhsil müəssisələrinin hər birində keçid balları müxtəlifdir. Xüsusən də, prestijli universitetlərə qəbul balları digərlərinə n...