Tarixin ən qeyri-adi gözəllik tendensiyaları

Tarixin ən qeyri-adi gözəllik tendensiyaları

Gözəllik həmişə cəmiyyət üçün vacib məsələ olub. Xarici görünüş başqalarının bizi necə qəbul etməsində mühüm rol oynayır. Xüsusən də sosial status keçmişdə mühüm rol oynamışdır. Ancaq bu gözəllik standartları müvəqqətidir və bəzən sona çatır.

Sfera.az
sizə tarix boyu mövcud olmuş ən qəribə gözəllik tendesiyaları haqqında məlumatları təqdim edir.


1. Çində maraqlı gözəllik trendi olan kiçik ayaqlardan başlayaq




Lotus ayaqları kimi tanınan bu gözəllik tendensiyası Çində XIII əsrdə yaranıb. İdeal gəlinin ayağının təxminən 8 sm olması lazım gəlirdi. Çox gənc yaşlarından qızlar ayaqlarını lotus ayaqqabılarına bənzətmək üçün ayaqlarının formasını dəyişməyə çalışırdılar.


2. Tək qaş modası




Qədim Yunanıstanda insanlar tək qaşlı qadınları cazibədar hesab edirdilər. Qaşları anadangəlmə belə olmayan qadınlar bu görünüşü əldə etmək üçün keçi tüklərini qatranla yapışdırıb və qaşlarının ortasını qara rəngə boyayıblar.


3. Bağırsaq qurdları pəhrizi





Pəhriz mədəniyyəti tarix boyu həmişə məşhur olmuşdur. 1900-cü illərin əvvəllərində hər kəsə yaxşı bələd olan pəhriz isə bağırsaq qurdu pəhrizi idi. Bu pəhrizdə etməli olduğunuz yeganə şey bağırsaq qurdu həblərini udmaq idi. İnsanların bunu etmələrinin səbəbi bağırsaq qurdlarının bağırsaqlarda böyüməsi, qida qəbul etməsi və arıqlamağa səbəb olması idi. Həmin şəxs məqsədinə çatanda bağırsaq qurdlarını yox etmək üçün parazit əleyhinə dərman qəbul edib.


4. Vərəm görünüşü


Viktoriya dövründə ən qeyri-adi gözəllik təcrübələrindən biri vərəm görünüşü idi. Qadınlar solğun dəri, qırmızı dodaqlar və vərəm nəticəsində yaranmış nazik bel görünüşü bəyənirdilər. Bu, qadınlarda qəsdən vərəmə yoluxma, dodaqlarını qızartma və dərilərinin daha açıq görünməsi tendensiyası yaradıb.


5. Belladonna gözləri
 

İtaliyada İntibah dövründə qadınlar cazibədar bir görünüş yaratmaq üçün belladonna bitkisinin zəhərini gözlərinə səpərdilər. Çox kimyəvi maddə töküldükdə gözə ciddi ziyan vurma ehtimalı olsa da, bu, yalnız gözəl qadınların sahib ola biləcəyi bir xüsusiyyət olaraq görülürdü. Bununla birlikdə, bu tendesiya bulanıq görmə və ürək döyüntüsü kimi yan təsirləri də özü ilə bərabər gətirdi.


6. Qədim Misirin cazibədar, lakin zərərli göz makiyajı
 

Qədim Misirlilər cəsarətli göz makiyajı ilə tanınırlar. O zaman göz qələmi kimi makiyaj məhsulları da yox idi. Qadınlar göz layneri tərzində görünüş yaratmaq üçün yaşıl mis filizindən, qurğuşun sulfidindən və qurğuşun əsaslı sürtmələrdən istifadə edirdilər. Bunlarla cazibədar bir göz makiyajı əldə etdiklərini inkar etmək olmaz,, lakin bu makiyajı əldə etmək üçün istifadə olunan materiallar olduqca zərərli idi.


7. Göyərçin nəcisi ilə keçəlliklə mübarizə aparmaq

Keçəllik həmişə insanları, xüsusən də kişiləri narahat edib. Ancaq keçmişdə istifadə edilən üsullar həddindən artıq idi. Yunanlar keçəlliyi aradan qaldırmaq üçün zirə, göyərçin nəcisi, horseradish və gicitkəndən məcun yaradıblar. Ən pisi isə odur ki, bu qəribə qarışım yalnız vaxt və pul itkisi olmuşdur.


8. Yüksək saç düzümü və qaşların olmaması
 

Kraliça I Elizabet monarxiyası dövründə qadınlar daha yüksək saç düzümünə və demək olar ki, mövcud olmayan qaşlara üstünlük verirdilər. Çünki bu yüksək intellektin simvolu hesab edilirdi. Bu görünüşə nail olmaq üçün qoz yağı və ammiak və sirkə ilə isladılmış sarğılardan artıq tükləri çıxarmaq üçün istifadə ediblər.


9. Dimple maşın

Dimples olduqca məşhur idi və insanlar bir şəkildə onları ala biləcəklərinə əmin idilər.

1936-cı ildə Isabella Gilbert yanaqlara basdırılmış 2 konusvari çıxıntılı üz üçün uyğun yaydan ibarət olan çuxurlu maşın icad etdi və çuxur tendensiyasını növbəti səviyyəyə qaldırdı.


10. Qara diş
 


Vyetnamda dişləri qaraltmaq bir vaxtlar gözəllik ritualı hesab edilsə də, daha dərin məna daşıyırdı. Daha çox mənəvi inanclarla yanaşı, qara dişlər insanı pis enerjidən qorumaqla əlaqələndirilirdi. Lakin dişləri qara etmək asan deyildi və peşəkar kömək tələb olunurdu. Bu proses uzun sürdü və ənənəyə görə, qara dişlər təbii gözəlliyin simvolu olduğu üçün qızların ən az 13 yaşında olması tələb olunurdu.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

İsveçin müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırıldı

İsveçin müvəqqəti işlər vəkili Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb. ...

İkili diplomu olan tələbələrin sayı açıqlandı

2024-2025-ci tədris ilində beynəlxalq ikili diplom proqramları üzrə təhsil hüququ qazanan və məzun olan şəxslərin sayı açıqlanıb.    Sfera.az xə...

"Mobil tətbiq üzrə rəqibimiz yoxdur" - Nadir Babazadə

"Mobil tətbiq üzrə özümüzə rəqib görmürük".   Sfera.az xəbər verir ki, bunu bu gün keçirilən ABB İnvest şirkətinin fəaliyyətinə dair mətbu...

Bakıda dərzi iş yerində öldü

Bakıda dərzi işlədiyi sexdə vəfat edib.   Sfera.az xəbər verir ki, hadisə Səbail rayonu Nizami küçəsi 84-də yerləşən dərzi sexində baş verib. &nbs...

Şəxsiyyət vəsiqələrində mühüm DƏYİŞİKLİK – Yeni QANUN qəbul edildi

Azərbaycanda şəxsiyyət vəsiqəsinin üzərində olan məlumatlara şəxsin ünvanı da əlavə olunacaq. Bu, Milli Məclisdə müzakirəyə çıxarılan “Azərbaycan Respubli...

Oğuzda ağac kəsiminə görə polisdə cinayət işi başladı

Oğuzun Xalxal kəndində meşə təsərüfatına vurulan zərərlə bağlı istintaq araşdırmaları aparılır.   DİN-in Mətbuat xidmətinin regional qrupundan Sfera....