Vaksinasiya ilə bağlı son vəziyyət
Cəmiyyət
21:30 / 22.06.2023
8324
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 75 vaksin vurulub.
Sfera.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, bir gündə birinci doza üzrə 39, ikinci doza üzrə 6 vaksin vurulub. Üç və daha çox doza üzrə vaksinasiya olunanlar sayı 29 nəfərdir. Həmçinin pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 1 nəfər təşkil edib.