Rayonlara leysan yağıb - FAKTİKİ HAVA

Rayonlara leysan yağıb - FAKTİKİ HAVA

İyunun 22-si saat 16:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.

 

Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Ceyrançöl, Tovuz, Ağstafa, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Qax, Şamaxı, Altıağac, Qusar, Şahdağ, Mingəçevir, Zərdab, Beyləqan, İmişli, Sabirabad, Cəfərxanda arabir leysan xarakterli yağış yağıb.

 

Ayrı ayrı yerlərdə yağıntılar intensiv və güclü olub.

 

Saat 14:30 radələrində Daşkəsən rayonu ərazisindən axan Dəstəfurçaydan sel keçib.


OXŞAR XƏBƏRLƏR