Rusiyadan Makrona BOYKOT: “O iştirak etməsin!”

Rusiyadan Makrona BOYKOT: “O iştirak etməsin!”

“Avqustda keçiriləcək BRİKS sammitinə Rusiyaya qarşı düşmənçilik siyasəti aparan dövlətlərin liderləri, o cümlədən Fransa Prezidenti Emmanuel Makron dəvət edilməməlidir”.

 

Sfera.az bildirir ki, bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

 

 “Fransa Prezidenti Emmanuel Makron kimi lider BRİKS-də qonaq kimi yersizdir”, - Ryabkov “RİA Novosti”yə söyləyib.

 

O vurğulayıb ki, ev sahibi olan ölkə dəvət olunanları müəyyənləşdirməlidir, lakin belə bir qərar bütün BRİKS iştirakçılarının məsləhətləşmələrindən əvvəl olmalıdır.

 

Türkan


OXŞAR XƏBƏRLƏR