Bakıda parkda 2 nəfərin telefonu oğurlandı

Bakıda parkda 2 nəfərin telefonu oğurlandı

Bakıda parkda 2 nəfərin telefonu oğurlanıb.

 

Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, paytaxtın Nəsimi rayonu ərazisində yerləşən parkların birində Bakı şəhər sakini olan 2 nəfərin 2100 manat və 1500 manat dəyərində 2 ədəd mobil telefonlarının oğurlanması barədə polisə məlumat daxil olub.

 

Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Anar Qurbanzadə müəyyən olunaraq saxlanılıb.

 

Araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR