Baş direktorun arvadına xəyanəti bu geyimin satışını ARTIRDI - FOTO/VİDEO

Bir neçə həftə əvvəl çinli bir blogerin küçədə çəkdiyi foto və videolar çinli iş adamının biznes həyatına böyük zərbə vurmaqla bərabər, ölkədə çəhrayı rəngli qadın donlarına tələbi kəskin şəkildə artırıb.
Sfera.az xatırladır ki, bir müddət öncə çinli bloggerin küçədə çəkdiyi videoya “PetroChina”nın törəmə şirkətinin baş direktoru və onun katibəsinin əl-ələ tutaraq gəzməsini əks etdirən kadr düşüb. Həmin videondan məlum olur ki, baş direktor və katibəsi arasında sevgi münasibətləri var.
On saniyəlik videokadrın üzə çıxartdığı həqiqət baş direktorun işini itirməsinə səbəb olmaqla yanaşı çinli gənc xanımlarda çəhrayı rəngli uzun donlara tələbi də artırıb. Baş direktorun katibəsinin geyindiyi uzun çəhrayı don videonu izləyənlərin çoxunun xoşuna gəlib.
Qısa müddətdə videoya 100 milyondan çox baxış olub və cütlük Çində böyük populyarlıq qazanıb. Sosial şəbəkələrdə ən çox danışılan cütlüyün sevgi münasibətlərinin üzə çıxması yox, qadının geyimi olub. Böyük əksəriyyət “eyni paltarı haradan almaq olar?” şəklində suallar ünvanlayıb.
Bu geyimə maraq onun satışının dəfələrlə artımına səbəb olub.
Vasif