Polşada Avropa Oyunlarının açılış mərasimi keçirilir

22:40 / 21.06.2023
5307
Polşada III Avropa Oyunlarının açılış mərasimi start götürüb.
Sfera.az-ın məlumatına görə, tədbir Krakovda yerləşən "Miejski" stadionunda keçirilir.
Mərasim ev sahibi Polşanın bayrağının stadiona gətirilməsi ilə başlayıb. Bayraq Polşa himninin sədaları altında xüsusi hazırlanmış dirəkdə təntənəli şəkildə ucaldılıb.
Xatırladaq ki, I Avropa Oyunları 2015-ci ildə Bakıda, II Avropa Oyunları isə 4 il sonra Minskdə təşkil olunub.(Report)