Böyük Britaniyanın borcu rekord həddə yüksəlib

Böyük Britaniyanın borcu rekord həddə yüksəlib

Böyük Britaniyanın Milli Statistika İdarəsinin (ONS) məlumatına görə, mayda ölkənin xalis dövlət borcu 20 milyard funt-sterlinq (25 milyard dollar) məbləğində artıb. 


Sfera.az xəbər verir ki, bu rəqəm, müvafiq aylıq qeydlərin tutulmağa başladığı 1993-cü ildən bəri ikinci ən yüksək may borcudur. 


Sözügedən artım əsasən enerji dəstəyi proqramları və sosial təminat müavinətləri hesabına baş verib. 


Ümumi dövlət borcu mayın sonuna 2,6 trilyon funt-sterlinqə (3,3 trilyon dollar) çataraq ÜDM-in 100,1 faizini təşkil edir. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR