\"Sumqayıt\" \"Qəbələ\"dən ayrılan futbolçunu heyətinə qatdı

13:50 / 21.06.2023
5966
"Sumqayıt" klubu yeni transferini rəsmiləşdirib.
"Gənclik şəhəri" təmsilçisindən Sfera.az-a verilən məlumata görə, "Qəbələ"dən ayrılan Rövlan Muradovla iki illik müqavilə imzalanıb.
Qeyd edək ki, "Qəbələ"nin yetirməsi olan 25 yaşlı yarımmüdafiəçi 2017-ci ildən əsas komandada çıxış edib.