Məhkəmə-Hüquq Şurası yenidən formalaşdırılır - SİYAHI

Məhkəmə-Hüquq Şurası yenidən formalaşdırılır - SİYAHI

Azərbaycan Hakimlərinin Konfransı keçirilib.

 

Bu barədə Sfera.az-a Məhkəmə-Hüquq Şurasından məlumat verilib.

 

Bildirilib ki, dövlət başçısının rəhbərliyi ilə məhkəmə-hüquq sistemində həyata keçirilən islahatların davamı olaraq “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycanın qanunu məhkəmə sisteminin müstəqilliyinin daha səmərəli şəkildə təmin edilməsi məqsədilə təkmilləşdirilib, Şurada icra hakimiyyəti orqanlarının nümayəndələrinin sayı azaldılmaqla, hakim üzvlərinin sayı artırılıb, habelə hüquqşünas alimin və hüquq ictimaiyyətinin nümayəndəsinin təmsil olunması nəzərdə tutulub.

 

Eyni zamanda Məhkəmə-Hüquq Şurasının formalaşmasının yeni qaydası, o cümlədən onun hər məhkəmə instansiyasından 3 hakim olmaqla, 9 hakim üzvünün və hüquq ictimaiyyətinin nümayəndəsinin Hakimlərin Konfransı tərəfindən seçilməsi müəyyən olunub.

 

Bu məqsədlə, cari ilin iyun ayının 21-də qanuna uyğun qaydada ölkənin bütün məhkəmələrini təmsil edən 130 hakimin iştirakı ilə keçirilən konfrans öz işinə başlayıb.

 

Tədbirdə təmsil olunan nümayəndələr sırasından ən qocaman hakimi açaraq konfransın işinə uğurlar arzulayıb.

 

Konfransda ilk növbədə işin təşkili ilə bağlı məsələlərə baxılıb, iştirakçılar tərəfindən konfransa sədrlik edən şəxs müəyyən edilib, hesablama komissiyasının sədri və üzvləri seçiliblər.

 

Daha sonra Ali Məhkəmə, apellyasiya və birinci instansiya məhkəmələrinin konfransda təmsil olunan nümayəndələri tərəfindən ayrı-ayrılıqda Məhkəmə-Hüquq Şurası üzvlüyünə namizədlər irəli sürülüb.

 

Konfransda təklif olunan namizədlər ətrafında müzakirələr aparılaraq, qanunda nəzərdə tutulan qaydada açıq səsvermə yolu ilə seçkilər keçirilib.

 

Seçkilərin nəticələrinə əsasən Ali Məhkəmənin hakimləri - İnam İmdad oğlu Kərimov, Çingiz İsgəndər oğlu Əsgərov, Sənan Firudin oğlu Hacıyev, Apellyasiya instansiya məhkəmələri üzrə hakimlər - Səadət İnayət qızı Bəktaşi, Mübariz Dosməmməd oğlu Əkbərov, Tofiq Temir oğlu Paşayev və birinci instansiya məhkəmələri üzrə hakimlər - İsmayıl Kamil oğlu Xəlilov, Kamran Şakir oğlu Süleymanov, Toğrul Məhəmməd oğlu Əliyev Məhkəmə-Hüquq Şurasının üzvü seçiliblər.

 

Həmçinin, konfransda hüquq ictimaiyyətinin nümayəndəsi qismində Səfa Abbas oğlu Mirzəyev açıq səsvermə yolu ilə Məhkəmə-Hüquq Şurasının üzvü seçilib.

 

Bununla da Hakimlərin Konfransı öz işinə yekun vurub.


OXŞAR XƏBƏRLƏR

İcra başçılarının neçə müavini var? - Statistika

2025-ci ilin əvvəlinə aid olan məlumata əsasən, Azərbaycanda yerli icra hakimiyyəti başçılarının 196 müavini var.   Sfera.az Dövlət Statistika Komitəsi...

Prezidentlə təkbətək görüşü oldu - FOTOLAR

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə təkbətək görüşü olub.   Sfera.az xəbə...

"Bu, İranın aciz görünməsinə gətirib çıxaracaq" - AÇIQLAMA

ABŞ, Böyük Britaniya, Almaniya və Fransa İranla nüvə sazişinin bağlanması üçün son tarix kimi avqustun sonunu təyin etmək barədə razılığa gəliblər, əks halda Te...

"Trampın Azərbaycana diqqəti təsadüfi deyil"

ABŞ- Azərbaycan əlaqələrində yeni dinamika müşahidə olunur. Rəsmi Bakı ABŞ ilə siyasi əlaqələrini ümumi Cənubi Qafqaz kontekstdə qurur. ABŞ-nin regiona gəlməsi ...

Tramp dərmanları bahalaşdıracaq - Yeni tariflər gəlir

ABŞ Prezidenti Donald Tramp əczaçılıq məhsullarının idxalına tətbiq edilən tarifləri artırmağa hazırlaşır. Sfera.az xəbər verir ki, avqustdan etibarən ABŞ-...

Baş nazir büdcə xərclərinin proqram təsnifatına dəyişiklik etdi

“Azərbaycan Respublikasının büdcə xərclərinin proqram təsnifatı”na dəyişiklik edilib.   Sfera.az xəbər verir ki, Baş nazir Əli Əsədo...