Xaçmazda QƏZA: 4 nəfər xəsarət alıb

Hadisə
21:44 / 20.06.2023
8630
Gəndab-Yalama yolunun Xaçmazdan keçən hissəsində 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası qeydə alınıb.
Sfera.az xəbər verir ki, "Vaz Niva"markalı avtomobillə "Vaz-2107" markalı avtomaşının toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.
Nəticədə 63 yaşlı Vazeh Mustafayev, 59 yaşlı Lyudmila Mustafayeva, 35 yaşlı Elvin Əhmədov, 59 yaşlı Nadir Quliyev müxtəlif xəsarətlərlə xəstəxanaya müraciət ediblər.
Qəzanın səbəbləri araşdırılır. (Bizim.media)