Dünya çempionatı: Yığmamızın rəqibləri bəlli oldu

20:56 / 20.06.2023
8728
Bu il Birləşmiş Ərəb Əmirliklərinin Ras el-Xayma şəhərində keçiriləcək minifutbol üzrə dünya çempionatının püşkü atılıb.
Sfera.az məlumatına görə, mərasimdə Azərbaycan milli komandasının da rəqibləri bəlli olub.
Elşad Quliyevin baş məşqçi olduğu kollektiv Tunis, Misir və İraq yığmaları ilə birlikdə G qrupunda mübarizə aparacaq.
Qeyd edək ki, mundial oktyabrın 26-dan noyabrın 4-dək Birləşmiş Ərəb Əmirliklərində təşkil olunacaq.