Azərbaycanda 55 yaşlı qadını ildırım vurdu

Hadisə
20:35 / 20.06.2023
8127
Daşkəsən rayonunda yaylaq ərazisinə ildırım düşüb.
Sfera.az xəbər verir ki, Daşkəsən rayon Qaraqullar kənd sakini, 1968-ci il təvəllüdlü A.Qəmbərova ildırım düşən əraziyə yaxın olduğu üçün xəsarət alıb.
O, xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.
Qeyd edək ki, Qərb bölgəsində qeyri-sabit hava şəraiti müşahidə olunur.