Anası Röyadan niyə 7000 dollar istəyib? - VİDEO

Anası Röyadan niyə 7000 dollar istəyib? - VİDEO

Xalq artisti Röya Ayxan növbəti açıqlaması ilə diqqətləri üzərinə cəmləyib.

 

Sfera.az xəbər verir ki, sənətçi qonaq olduğu verilişlərin birində anasının ondan 7 000 dollar istədiyini bildirib.

 

Xalq artisti vurğulayıb ki, bu pulu valideyninin ürək əməliyyatı olunması üçün istədiyini bir neçə gün keçdikdən sonra bilib:

 

“Anam mənə uzun mesaj yazıb. Açmışam mesajını, oradan-buradan oxumuşam. Bir də yeddi min dollar sözünü gördüm. Prodüserim Kənana söylədim ki, tez yeddi min dolları göndər. Anam evin böyük bacısıdır. Dedim, yəqin, bacılarına istəyir.

 

Anam hər zaman mənə səhərlər yazır. Baxıram ki, mənə heç nə yazmayıb. Hər gün məndə bir duası olmalıdır. Dualarla söz göndərir. İki-üç gün keçdi, yenə mənə yazmadı. Zəng vurdum anama, amma telefonu xalam qızı götürdü.

 

Sual verirəm ki, Telli xanımın başı yaman qarışıqdır, nə əcəb mənə yazmır? Xalam qızı isə cavabında dedi ki, Telli xanım ürəyindən əməliyyata girib. Ürəyinin klapanlarını yenə dəyişirlər. Mən isə onun mesajında 7 000 dolları nəyə görə istədiyini oxumamışam.

 

Deyirəm ki, Allah mənim kimi qızı öldürsün. Ayıldıblar anamı, onunla danışmışam. Deyirəm ki, çox üzr istəyirəm. Sual verir ki, bəs səndən 7 000 dolları istəyəndə nə zənn etdin?

 

Utandım deməyə ki, ancaq 7 000 dolları oxumuşam (gülür). Ondan sonra dedim ki, bitdi, mənə yalnız səsli mesaj göndərəcəksən, yazmayacaqsan”. ("Bizim Media")

 

 


OXŞAR XƏBƏRLƏR

Pirşağıda dənizdə batan şəxsin meyiti tapılıb

İyulun 18-də Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 2 km aralı, nəzarətsiz ərazi) batan 1 n...

Az yaşayan yeganə bürc

Astroloqlar arasında getdikcə daha çox səslənən fikrə görə, bürclər arasında bir bürc var ki, onun nümayəndələri statistik baxımdan digərlərindən daha az yaşayı...

Bəzi yerlərdə leysan olub, şimşək çaxıb - Faktiki hava

İyulun 19-u saat 11:00-a olan faktiki hava açıqlanıb.   Sfera.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, iyulun 19-u saat 11:00-...

Xəstəxanada çəkilən video haqda detallar məlum oldu - 3 nəfərə cinayət işi açıldı

Beyləqanda həkimi şantaj etməklə pul tələb edən şəxslər cinayət məsuliyyətinə cəlb ediliblər.   Sfera.az “Qafqazinfo”ya istinadla xə...

Rusiya Odessada yaşayış binasını vurdu: Ölən var

Odessada kamikadze dronun çoxmərtəbəli binaya zərbə endirməsi nəticəsində 1 qadın ölüb, binada yanğın baş verib.   Sfera.az xəbər verir ki, bu barədə...

Misir Mərdanov Paşinyanın əmisini tanıyır: "Onun əsli bizim rayondandır"

“Hadisələrin axarı bizim ürəyimizcədir. Cənab Prezident bu işi elə ustalıqla aparır ki, kənardan baxanda heyran olmaya bilmirsən. Bu gün Azərbaycan əsas s...