Vüsalə Əlizadə efirdə buna görə yox imiş - ATV-dən AÇIQLAMA

Maqazin
18:43 / 20.06.2023
7940
Bir müddətdir ki, aparıcı Vüsalə Əlizadə Azad Azərbaycan telekanalında yayımlanan "7 Canlı" verilişində efirə çıxmır.
Aparıcını proqramda İlhamə Bədəlova əvəz edir. Sosial şəbəkələrdə aparıcının verilişdən getdiyi iddia edilir.
Məsələ ilə bağlı açıqlama verən ATV-nin mətbuat katibi Ozal İbrahimli bildirib ki, Vüsalə Əlizadə səhhəti ilə bağlı hazırda efirə çıxmır:
"Vüsalə xanımın səhhəti ilə bağlı olaraq bir müddətlik "7 Canlı"da İlhamə xanım aparıcılıq edəcək". (Mətbuat.az)