Sertifikasiyada 57 bal toplayan müəllimin sevinci - VİDEO
Cəmiyyət
15:55 / 20.06.2023
8120
Ağdam rayonu 33 saylı orta məktəbin ibtidai sinif müəllimi Bənövşə Qasımova sertifikasiya imtahanından 57 bal toplayıb.
Sfera.az bildirir ki, bu barədə müəllimin özü bizim.media-ya danışıb. O, imtahan suallarından razı qaldığını bildirib:
"Bundan əvvəl bir neçə dəfə Elm və Təhsil Nazirliyinin imtahanlarında iştirak etmişəm. MİQ imtahanından keçib müəllim adını qazanmışam. Tədris ilinin sonu idi deyə, hazırlaşmağa o qədər də vaxtım qalmamışdı. Suallar tədris etdiyimiz istiqamətində idi. Çətinliyim olmadı. Çox sevincliyəm".