Azərbaycana gələn hər üç turistin ikisi təyyarədən istifadə edir

Azərbaycana gələn hər üç turistin ikisi təyyarədən istifadə edir

Bu ilin ilk 5 ayında Azərbaycana gələn turistlərin sayı 1,5 dəfə artaraq 713 min nəfərə çatıb. Gələnlərin 65,7 faizi qonşu ölkələrin vətəndaşlarıdır. Turistlərin 32,4 faizi Rusiya, 20 faizi Türkiyə, 8,1 faizi İran, 5,2 faizi Gürcüstandan ölkəmizə səfər ediblər. 


Sfera.az xəbər verir ki, diqqəti çəkən digər məqam turistlərin 31,9 faizinin dəmir yolu və avtomobil, 66,6 faizinin isə hava nəqliyyatından istifadə etməsidir. 


Millət vəkili, iqtisadçı Vüqar Bayramov turistlərin daha çox hissəsinin hava nəqliyyatından istifadə etməsini quru sərhədlərinin bağlı olması ilə əlaqələndirib.

 

O hesab edir ki, turizm mövsümünün gəlməsi ilə əlaqədar quru sərhədləri mərhələli şəkildə açılmalıdır:

 

“Ölkəmizə gələn hər üç tursitdən ikisi hava nəqliyyatından istifadə edir. Turizm mövsümünün başlanmasını nəzərə alaraq quru sərhədlərinin mərhələli açılması məqsədəuyğun olardı. 


Xüsusən də, Türkiyə və Gürcüstanla quru sərhədlərinin tam açılması daha məqsədəuyğundur. Hər iki ölkə strateji baxımdan Azərbaycanın tərəfdaşıdır. Quru sərhədlərinin mərhələli açılması iqtisadi aspektdən də əhəmiyyətlidir. Bu ölkəyə gələn turistlərin sayını artırmaqla yanaşı, xaricə gedən vətəndaşlarımızın daha asan və ucuz nəqliyyat imkanlarından istifadə baxımdan da əhəmiyyətlidir”.


Vasif
 


OXŞAR XƏBƏRLƏR