Bu ölkə bir ayda 2,6 milyard dollarlıq saat satıb
Dünya
13:09 / 20.06.2023
10384
İsveçrənin saat ixracı mayda bir il əvvəlki dövrlə müqayisədə 14 faiz artaraq 2,34 milyard İsveçrə frankına (2,61 milyard dollar) çatıb.
Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı İsveçrə Saat Sənayesi Federasiyası açıqlayıb.
Məlumata görə, İsveçrə saatlarının ixracı may ayında bütün əsas bazarlarda müşahidə edilən güclü aktivlik sayəsində artıb.
İsveçrə saatlarının ən böyük bazarı olan ABŞ-yə ixrac 10% artarkən, Honq-Konq, Böyük Britaniya və Avropaya da ixrac artıb.
Ümumilikdə, İsveçrə il ərzində təxminən 30 milyard dollar dəyərində saat satır. Bu məbləğ təxminən Azərbaycanın cəmi ixracına bərabərdir.
Vasif