Böyük Qayıdış prosesi davam edir: Dünyaya ötürülən uğurlu siyasi mesaj 

Böyük Qayıdış prosesi davam edir: Dünyaya ötürülən uğurlu siyasi mesaj 

Dövlət başçısı İlham Əliyevin tapşırığı ilə işğaldan azad edilmiş ərazilərə məcburi köçkünlərin könüllü, təhlükəsiz şəraitdə qayıdışını təmin etmək üçün bütün lazımi tədbirlər həyata keçirilir. Qayıdış həm də zəfərin simvoluna çevrilib. Bu gün sözügedən proses təkcə mənəvi cəhətdən deyil, həm də siyasi və tarixi baxımdan da mühüm əhəmiyyətə malikdir.

 

Sfera.az bildirir ki, dövlətin əsas məqsədlərindən biri Böyük Qayıdışın tam icra edilməsidir. Bu məqsədlə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Böyük Qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin bərpa edilən və yenidən qurulan Laçın şəhərinə qayıdışı davam edir. Belə ki, ötən günlərdə növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Laçına yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 13 ailə - 44 nəfərin köçürülməsi baş tutub. Köçürülən ailələr, Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.

 

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Daha da gözəlləşən və abadlaşan Laçın şəhər sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildiriblər, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər. Laçın şəhərinə ailələrin yola salınması mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin və Laçın Rayоn İcra Haкimiyyətinin rəsmiləri iştirak ediblər. Bununla da, Laçın şəhərində 57 ailə, yəni 217 nəfərin daimi məskunlaşması təmin edilib.

 

Digər tərəfdən, keçmiş məcburi köçkünlərimiz Prezident İlham Əliyevlə görüşlərdə də doğma yurdlarına qayıdış üçün hər zaman hazır olduqlarını bildiriblər. Bu gün təkcə Laçın deyil, bütün Qarabağa qayıdışın təmin edilməsi üçün dövlət tərəfindən vacib işlər görülür. Qayıdış prosesi həm də siyasi mesajlarına görə də mühüm və vacibdir. Bu proses qlobal siyasi arenada Azərbaycana məxsus torpaqların xalqımızın yaddaşından və ürəyindən heç vaxt silinmədiyini növbəti dəfə nümayiş etdirir. Bu barədə zaman-zaman çıxış edən ölkə başçısı İlham Əliyev də fikirlərini belə ifadə edib: “Azərbaycan xalqı işğaldan azad edilmiş torpaqlara qayıdacaq, orada yaşayacaq. Ermənilər 30 il ərzində torpaqlarımızda oturub bizə meydan oxuyurdular. Dağıdılmış kəndlərin, şəhərlərin vəziyyətinə baxın ki, bizim qarşımızda hansı vəhşilər dayanıb.

 

Azad edilmiş torpaqlarda salamat bina qalmayıb, tarixi abidələrimiz dağıdılıb, məscidlərimiz talan edilib. Onlar hesab edirdilər ki, biz bununla razılaşacağıq. Onlar rayonlarımızın, kəndlərimizin adlarını dəyişdiriblər. Amma onlar Azərbaycan xalqının iradəsini qıra bilmədilər. İşğaldan sonra dünyaya göz açan hər bir azərbaycanlı öz torpaqlarına qayıtmaq arzusu ilə yaşayır. Biz onların arzusunu yerinə yetirəcəyik”.

 

Qeyd etmək lazımdır ki, Böyük Qayıdış soydaşlarımızın öz doğma yurd-yuvalarına qovuşmaları istiqamətində atılan uğurlu addımdır.

 

Türkan

 

Qeyd: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

 

Mövzu: İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”

 


OXŞAR XƏBƏRLƏR

Tələbələr dövlət başçısı ilə nə danışdı? - VİDEO

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib. Dö...

Nazir müavinləri rayonlara səfər etdinnnn - FOTOLAR

Sentyabrın 20-də elm və təhsil nazirinin müavini Firudin Qurbanov Yevlax rayonuna səfər edib.   Sfera.az xəbər verir ki, əvvəlcə Yevlax Şəhər İcra Ha...

Sonaxanım anası ilə bu səbəbədən məhkəməlik olub

"Bəzən valideynlər elə bir hərəkət edir ki, keçmək olmur. Valideynin məhkəməyə, polis idarəsinə, üstünə dələduzluğu atmasını keçmək olar? Səbəblə...

Sumqayıtda məktəb direktoru şagirdlərdən pul tələb edib?

Sosial şəbəkələrdə Sumqayıtda 21 nömrəli məktəbin direktoru Qədir Mikayılovun 5-ci sinif şagirdlərindən pul tələb etməsi ilə bağlı yayılan iddialar araşdırılır....

Bakının daha bir küçəsi bağlanır

Sentyabrın 21-dən etibarən Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsində aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti ta...

Pensiya alanlara ŞAD XƏBƏR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu respublika üzrə sentyabr ayının pensiya ödənişini yekunlaşdırıb.  ...