“Mallar itir, heç bir cavab vermirlər...” – “Trendyol”la əməkdaşlıq edən şirkətdən şikayət

“Mallar itir, heç bir cavab vermirlər...” – “Trendyol”la əməkdaşlıq edən şirkətdən şikayət

İki aya yaxındır, Türkiyənin məşhur alış-veriş saytı olan “Trendyol”a daxil olarkən Azərbaycan istifadəçilərinə yeni seçim imkanı təklif edilir. Belə ki, məhsulları birbaşa Azərbaycana sifariş etmək mümkündür.

 

"Trendyol.com" saytından sifariş edilən malların birbaşa alıcının Azərbaycan ünvanına çatdırılması xidməti "Starex" şirkəti ilə əməkdaşlıq çərçivəsində mümkün olub.

 

Lakin son zamanlar adıçəkilən karqo şirkəti ilə bağlı şikayətlər çoxalıb. Belə ki, alıcılar karqo şirkətindən suallarına cavab ala bilmədiklərini, məhsullarının göstərilən zamandan gec gəldiyini bildirilər. Hətta bəzi şəxslər məhsullarının itdiyini və şirkətin bu məsuliyyətdən qaçdığını da iddia edir.

 

Odur ki, “Starex”ə alternativ başqa karqo ilə əməkdaşlıq məsələsi önə çıxır. Yaxud, birbaşa çatdırılmanın icrası ilə bir neçə karqo şirkətinin paralel məşğul olması təklifi edilir.

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı-ekspert Xalid Kərimli karqolarla əməkdaşlığın “Trendyol”dan asılı olduğunu deyib:

 

“Trendyol” bazara məhsul təqdim edən kanallardan biridir. Bunu isə müxtəlif istiqamətlərdə təşkil etmək mümkündür. “Trendyol” Azərbaycanda bu bazara ilk olaraq girdiyi üçün öncül olmağı bacarıb. Lakin bu o demək deyil ki, Türkiyədə onlayn satışla yalnız bu şəbəkə məşğul olur. “Trendyol”un hansı şirkətlə işləməsi isə onun  seçimidir, istəsə, başqa karqolarla da əməkdaşlıq edə bilər. Bunun üçün biz təzyiq göstərə bilmərik”.

 

Ekspert müştərilərin karqo şirkətindən imtina edə biləcəyini qeyd edib:

 

“Alıcıların bu xidmətdən narazılğı varsa, o zaman cəzalandırma üsulu kimi “Trendyol”un xidmətindən imtina etməlidirlər. Alıcı alternativ xidmətlərdən istifadə edə bilər. Bir sözlə, karqoların işləməsi “Trendyol”dan asılıdır. Karqolarla bağlı şikayət varsa, o zaman insanlar həmin karqo ilə sifarişdən imtina edərək o şirkətləri cəzalandıra bilərlər”.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Zelenski İrana sanksiya tətbiq etdi

Bu gün Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya, Çin və İran vətəndaşları da daxil olmaqla 42 hüquqi və 6 fiziki şəxsə sanksiya tətbiq edib.   Sfe...

5 ilə qədər həbs cəzası gözləyir: ABŞ Məxfi Xidməti Elon Maska qarşı təhqiqat aparır

ABŞ Məxfi Xidməti Elon Maskın “X” sosial şəbəkəsindəki postunu ABŞ prezidenti Co Bayden və ya Demokratlar Partiyasından namizəd Kamala Harrisə hədə-...

Tələbələr dövlət başçısı ilə nə danışdı? - VİDEO

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib. Dö...

Nazir müavinləri rayonlara səfər etdinnnn - FOTOLAR

Sentyabrın 20-də elm və təhsil nazirinin müavini Firudin Qurbanov Yevlax rayonuna səfər edib.   Sfera.az xəbər verir ki, əvvəlcə Yevlax Şəhər İcra Ha...

Sonaxanım anası ilə bu səbəbədən məhkəməlik olub

"Bəzən valideynlər elə bir hərəkət edir ki, keçmək olmur. Valideynin məhkəməyə, polis idarəsinə, üstünə dələduzluğu atmasını keçmək olar? Səbəblə...

Sumqayıtda məktəb direktoru şagirdlərdən pul tələb edib?

Sosial şəbəkələrdə Sumqayıtda 21 nömrəli məktəbin direktoru Qədir Mikayılovun 5-ci sinif şagirdlərindən pul tələb etməsi ilə bağlı yayılan iddialar araşdırılır....