Bu çimərliklərə getmək TƏHLÜKƏLİDİR - Nazirlikdən XƏBƏRDARLIQ

Cəmiyyət
11:51 / 20.06.2023
6856
Yay mövsümünün başlaması ilə əlaqədar çimərliklərdəki epidemioloji vəziyyət əsas müzakirə mövzusudur. Çünki Xəzərin Azərbaycana aid sahil zolağındakı mövcud çimərliklərin heç də hamısı tələblərə cavab vermir.
Səhiyyə Nazirliyinin apardığı monitorinqlər bunu deməyə əsas verir.
Sfera.az xəbər verir ki, Sanitar-Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov İTV-yə bildirib ki, Bakı və Abşeron yarımadasında Hövsan, Türkan, Sahil və Şıx, eləcə də Sumqayıt çimərliklərində su normadan artıq çirkləndirilib və çimmək üçün yararsızdır:
"Bir sıra ərazilərdə yaşayış məntəqələri var ki, təmizləyici qurğular olmadığına görə, çirkab sular birbaşa dənizə axıdılır".
Ətraflı videomaterialda izləyə bilərsiniz: