Avropa İttifaqından Ukraynaya yardım TƏKLİFİ: Bu şərtlə...
Avropa İttifaqı Ukraynaya 50 milyard avroluq maliyyə yardımı paketi təklif etməyə hazırlaşır.
Sfera.az bildirir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Qeyd olunub ki, plan ictimaiyyətə açıqlanmadan əvvəl dəyişikliklər edilə bilər. Agentlik bildirib ki, Avropa Komissiyası Ukraynaya qrantlar, güzəştli kreditlər və zəmanətlər şəklində yardım təklif edəcək.
“Paket bazar kreditləri hesabına deyil, Aİ-yə üzv dövlətlər tərəfindən maliyyələşdiriləcək. Ukraynaya dəstək planı Aİ-nin 2021-2027-ci illər üçün uzunmüddətli büdcəsinə yenidən baxılması çərçivəsində həyata keçiriləcək”, deyə məlumatda vurğulanıb.
“Bloomberg”in xəbərinə görə, vəsait Ukraynanın qanunun aliliyinin möhkəmləndirilməsinə və korrupsiyaya qarşı mübarizəyə yönəlmiş islahatlar aparması şərti ilə ödəniləcək.
Türkan