Amerikalı ekspertlərdən İDDİA: Ukrayna geri çəkilir…

Amerikalı ekspertlərdən İDDİA: Ukrayna geri çəkilir…

“Ukrayna Silahlı Qüvvələri əks-hücum əməliyyatlarını müvəqqəti olaraq dayandıra bilər”.

 

Bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.  Analitiklərin fikrincə,  məqsəd Ukrayna ordusunun gələcək əməliyyatları üçün taktikaları yenidən nəzərdən keçirməkdir:

 

“Ukrayna hələ də mövcud qüvvələrinin əksəriyyətini əks-hücum əməliyyatlarına cəlb etməyib. Ehtimal edilən fasilə əks-hücumun başa çatması demək deyil”.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, ABŞ İnstitunun iddia etdiyi kimi əks-hücum əməliyyatlarının müvəqqəti dayandırılması mümkündür:

 

“Genişmiqyaslı müharibələrdə bu cür əməliyyat fasilələri mümkündür. Əks-hücum əməliyyatlarına fasilə verilərsə, yəqin ki, bir aradan sonra Ukrayna müdafiə qüvvələri daha ciddi addımlar atacaqlar. ABŞ-nin F-16 qırıcı təyyarələrini Ukraynaya təhvil verməsi gözlənilir. İstisna deyil ki, Ukraynanın əks-hücum əməliyyatlarının ikinci, daha ciddi mərhələsi məhz F-16-ların istifadəsi ilə müşahidə olunacaq. Bundan başqa, Ukrayna müdafiə nazirinin mwavini Vladimir Qavrilov  daha əvvəl demişdi ki, qələbə üçün uzaqmənzilli silahlara ehtiyac var. Mümkündür ki, əməliyyat fasiləsi müddətində Ukrayna həmin texnikaların tədarükünə çalışacaq”.

 

Müsahibimiz bildirib ki, ehtimal olunan əməliyyat fasiləsi əks-hücumların tamamilə dayandırılması və ya müdafiə qabiliyyətinin zəifləməsi kimi başa düşülməməlidir:

 

“Sadəcə olaraq, əks-hücum əməliyyatlarının intensivliyi aşağı düşə bilər. Çünki Ukrayna azad etdiyi ərazilərin yenidən işğal altına düşməsinə imkan verməməlidir. Düşünürəm ki, hazırda davam əməliyyatlar bir növ yoxlanış xarakterlidir. Daha genişmiqyaslı əks-hücum əməliyyatları isə hələ qarşıdadır. Bu, müharibənin miqyasının genişlənməsinə səbəb ola bilər”.

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Zelenski İrana sanksiya tətbiq etdi

Bu gün Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya, Çin və İran vətəndaşları da daxil olmaqla 42 hüquqi və 6 fiziki şəxsə sanksiya tətbiq edib.   Sfe...

5 ilə qədər həbs cəzası gözləyir: ABŞ Məxfi Xidməti Elon Maska qarşı təhqiqat aparır

ABŞ Məxfi Xidməti Elon Maskın “X” sosial şəbəkəsindəki postunu ABŞ prezidenti Co Bayden və ya Demokratlar Partiyasından namizəd Kamala Harrisə hədə-...

Tələbələr dövlət başçısı ilə nə danışdı? - VİDEO

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib. Dö...

Nazir müavinləri rayonlara səfər etdinnnn - FOTOLAR

Sentyabrın 20-də elm və təhsil nazirinin müavini Firudin Qurbanov Yevlax rayonuna səfər edib.   Sfera.az xəbər verir ki, əvvəlcə Yevlax Şəhər İcra Ha...

Sonaxanım anası ilə bu səbəbədən məhkəməlik olub

"Bəzən valideynlər elə bir hərəkət edir ki, keçmək olmur. Valideynin məhkəməyə, polis idarəsinə, üstünə dələduzluğu atmasını keçmək olar? Səbəblə...

Sumqayıtda məktəb direktoru şagirdlərdən pul tələb edib?

Sosial şəbəkələrdə Sumqayıtda 21 nömrəli məktəbin direktoru Qədir Mikayılovun 5-ci sinif şagirdlərindən pul tələb etməsi ilə bağlı yayılan iddialar araşdırılır....