Anormal istilər nəticəsində bir neçə gün ərzində təxminən 170 nəfər öldü

Anormal istilər nəticəsində bir neçə gün ərzində təxminən 170 nəfər öldü

Hindistanda son bir neçə gündə istilər səbəbindən azı 166 nəfər ölüb, daha bir neçə yüz nəfər xəstəxanaya yerləşdirilib.



Sfera.az xəbər verir ki, Hindistanın bəzi ərazilərində havanın temperaturu 43,5 dərəcəyə çatıb. Elektrik enerjisinin müntəzəm olaraq kəsilməsi, insanların susuz, ventilyator və kondisionersiz qalması vəziyyəti daha da gərginləşdirir.


Yerli hakimiyyət orqanlarının məlumatına görə, Uttar Pradeş (119 ölü) və Bihar (47 ölü) ştatlarında anomal istilər qeydə alınıb.



Bihar əyalətinin inzibati mərkəzi Patna şəhərinin məktəbləri iyunun 24-dək tətil elan edib.



Uttar Pradeş ştatının Balliya rayonundakı ən böyük xəstəxana istilik vurmasından əziyyət çəkən xəstələrlə dolub. Morq dolub-daşır, ailələr yaxınlarının cənazələrini evlərinə aparmaq üçün növbəyə dururlar.



Yerli hakimiyyət sakinləri bir neçə gün evdə qalmağa çağırıb.



İqlim mütəxəssisləri Hindistana daha müntəzəm isti dalğalarına daha yaxşı hazırlaşmalı olduğu barədə xəbərdarlıq ediblər.



İyunun 1-də bildirilib ki, isti dalğası dənizləri karbon emissiyalara çevirə bilər. Tədqiqatçılar qorxurlar ki, bu baş verərsə, Yer kürəsi iqlim dəyişikliyinin uc nöqtələri ilə üzləşəcək.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Zelenski İrana sanksiya tətbiq etdi

Bu gün Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya, Çin və İran vətəndaşları da daxil olmaqla 42 hüquqi və 6 fiziki şəxsə sanksiya tətbiq edib.   Sfe...

5 ilə qədər həbs cəzası gözləyir: ABŞ Məxfi Xidməti Elon Maska qarşı təhqiqat aparır

ABŞ Məxfi Xidməti Elon Maskın “X” sosial şəbəkəsindəki postunu ABŞ prezidenti Co Bayden və ya Demokratlar Partiyasından namizəd Kamala Harrisə hədə-...

Tələbələr dövlət başçısı ilə nə danışdı? - VİDEO

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib. Dö...

Nazir müavinləri rayonlara səfər etdinnnn - FOTOLAR

Sentyabrın 20-də elm və təhsil nazirinin müavini Firudin Qurbanov Yevlax rayonuna səfər edib.   Sfera.az xəbər verir ki, əvvəlcə Yevlax Şəhər İcra Ha...

Sonaxanım anası ilə bu səbəbədən məhkəməlik olub

"Bəzən valideynlər elə bir hərəkət edir ki, keçmək olmur. Valideynin məhkəməyə, polis idarəsinə, üstünə dələduzluğu atmasını keçmək olar? Səbəblə...

Sumqayıtda məktəb direktoru şagirdlərdən pul tələb edib?

Sosial şəbəkələrdə Sumqayıtda 21 nömrəli məktəbin direktoru Qədir Mikayılovun 5-ci sinif şagirdlərindən pul tələb etməsi ilə bağlı yayılan iddialar araşdırılır....