\"Texniki nasazlıqla bağlı beynəlxalq şirkətlə birgə araşdırma aparılır\"- “AzInTelecom”

\

“Bu ilin iyunun 16-da günorta saatlarında “AzInTelecom” MMC-nin bəzi avadanlıqlarında yaranan texniki nasazlıqla bağlı ətraflı araşdırma aparılır”.


Sfera.az xəbər verir ki, bununla bağlı açıqlamanı “AzInTelecom” MMC  yayıb.


Xatırladaq ki, iyunun 16-da “e-gov.az” və “my.gov.az” portallarının fəaliyyətində problem yaranmışdı.


Şirkətdən bildiriblər ki, dayanmanın qeydə alındığı andan etibarən şirkət mütəxəssisləri tərəfindən müdaxilə edilib və bir saat ərzində çətinlik aradan qaldırılıb:

 

“Növbəti saatlarda “AzInTelecom” MMC-dən xidmət əldə edən tərəfdaşlarla əlaqə saxlanılaraq onların sistemlərində qeydə alınan çətinliklər aradan qaldırılıb və həmin gün bir neçə saat ərzində bütün qurumların xidmətlərinin əlçatanlığı təmin edilib.


Dayanma baş verən anda dərhal beynəlxalq təchizatçı şirkətə müraciət olunub. Təchizatçı şirkətin texniki dəstək komandası və beynəlxalq mühəndislər tərəfindən araşdırmalar davam etdirilir. Baş verən hadisə çox az rastlanan hal olduğu üçün beynəlxalq şirkət tərəfindən aparılan araşdırmanın yekunlaşdırılmasına vaxt tələb olunur”. 


“AzInTelecom” bildirir ki, beynəlxalq təchizatçı şirkət tərəfindən baş verən nasazlığın səbəbləri barədə şirkətə hesabat təqdim edildikdən sonra ictimaiyyətə məlumat veriləcək.


Vasif


OXŞAR XƏBƏRLƏR

Məhkəmə Xoşqədəm Hidayətqızına qadağa qoydu

Ötən ilin dekabrında “Boztəpə” su kanalının İmişli rayonunun Qaragüvəndikli kəndindən keçən hissəsində müəmmalı şəraitdə itkin düşmüş 11 yaşlı Rasim...

"Qarabağ" "Neftçi"ni darmadağın edir - YENİLƏNDİ

Azərbaycan Premyer Liqasının VII turunda təşkil olunan "Qarabağ" - "Neftçi" oyunu başlayıb.   Sfera.az xəbər verir ki, matç saat ...

SOCAR BP ilə memorandum imzaladı

Bu gün Bakıda BP və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR ) arasında BP-nin Xəzər dənizinin Azərbaycan sektorunda iki hasilat və kəşfiyyat bloku üzrə sazişlərə ...

Stallone qızları üçün 25 milyon dollarlıq dəbdəbəli malikanə alır - FOTOLAR

78 yaşlı Hollivud aktyoru Silvestr Stallone üç qızı - Sofiya, Sistine və Skarlet üçün dəbdəbəli hədiyyə etmək qərarına gəlib. Sfera.az bildirir ki, məşhur ...

Bu ərazilərdə görmə məsafəsi məhdudlaşacaq

Dumanlı və yağıntılı hava şəraiti ilə əlaqədar avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xid...

Qarabağda evini kirayə verib, Bakıya qayıdanlara XƏBƏRDARLIQ

Son günlər keçmiş məcburi köçkünlər arasında bəzilərinin işğaldan azad edilən torpaqlarda onlara dövlət tərəfindən bağışlanan evləri kirayə verərək, Bakıya qayı...