Qeyri-neft məhsullarımızın əsas alıcısı BU ÖLKƏDİR

Qeyri-neft məhsullarımızın əsas alıcısı BU ÖLKƏDİR

Bu ilin ilk 4 ayının yekunlarına görə, Azərbaycanın qeyri-neft məhsullarının 34,2 faizi qardaş Türkiyəyə ixrac edilib. Uzun müddət ölkəmizin qeyri-neft ixracatında birinci olan Rusiya 24 faiz payla ikinci sıraya enib. 


Sfera.az xəbər verir ki, bununla bağlı paylaşımı millət vəkili Vüqar Bayramov edib. 


V.Bayramov bildirib ki, bütövlükdə, 2023-cü ilin yanvar-aprel aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 21,2 faiz, real ifadədə 17,5 faiz artaraq 1 milyard 187 milyon dollar olub:

 

“Qeyri neft-qaz məhsulları üzrə ixracatımızda Türkiyə və Rusiya ilə yanaşı Gürcüstan (12 faiz), İsveçrə (4,1 faiz), Qazaxıstan (2,9 faiz), Türkmənistan (2,3 faiz), Ukrayna (2,3 faiz), İtaliya (1,6 faiz), Belçika (1,5 faiz), Özbəkistan (1,3 faiz), Rumıniya (1,3 faiz), Almaniya (1,1 faiz), Çin (1,1 faiz), Birləşmiş Ərəb Əmirlikləri (1,1 faiz) ticarət tərəfdaşlarımızdır.


Qeyd edək ki, Azərbaycanla Türkiyə arasında strateji əlaqələrin son illər daha da güclənməsi müşahidə olunur. Artıq iki ölkə arasında ticarət döriyyəsi 6 milyard dollardan çoxdur. Hədəf yaxın illərdə ticarət dövriyyəsini 10 milyard dollara qədər artırılmasıdır”.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

Zelenski İrana sanksiya tətbiq etdi

Bu gün Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya, Çin və İran vətəndaşları da daxil olmaqla 42 hüquqi və 6 fiziki şəxsə sanksiya tətbiq edib.   Sfe...

5 ilə qədər həbs cəzası gözləyir: ABŞ Məxfi Xidməti Elon Maska qarşı təhqiqat aparır

ABŞ Məxfi Xidməti Elon Maskın “X” sosial şəbəkəsindəki postunu ABŞ prezidenti Co Bayden və ya Demokratlar Partiyasından namizəd Kamala Harrisə hədə-...

Tələbələr dövlət başçısı ilə nə danışdı? - VİDEO

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib. Dö...

Nazir müavinləri rayonlara səfər etdinnnn - FOTOLAR

Sentyabrın 20-də elm və təhsil nazirinin müavini Firudin Qurbanov Yevlax rayonuna səfər edib.   Sfera.az xəbər verir ki, əvvəlcə Yevlax Şəhər İcra Ha...

Sonaxanım anası ilə bu səbəbədən məhkəməlik olub

"Bəzən valideynlər elə bir hərəkət edir ki, keçmək olmur. Valideynin məhkəməyə, polis idarəsinə, üstünə dələduzluğu atmasını keçmək olar? Səbəblə...

Sumqayıtda məktəb direktoru şagirdlərdən pul tələb edib?

Sosial şəbəkələrdə Sumqayıtda 21 nömrəli məktəbin direktoru Qədir Mikayılovun 5-ci sinif şagirdlərindən pul tələb etməsi ilə bağlı yayılan iddialar araşdırılır....