Quru sərhədləri açılır, pandemiya cərimələri geri qaytarılır... – “Həmin vəsait kommunal borclara çıxılacaq”

Quru sərhədləri açılır, pandemiya cərimələri geri qaytarılır... – “Həmin vəsait kommunal borclara çıxılacaq”

"Çox güman ki, yaxın günlərdə “Operativ Qərargah” ləğv ediləcək, bununla da Azərbaycanda koronavirus mövzusu rəsmi olaraq tarixə qovuşacaq".

 

Sfera.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Natiq Cəfərli deyib.

 

O, quru sərhədlərinin açıla biləcəyini də qeyd edib:  "Rəsmi statistika da buna imkan verir – ölkədə cəmi 14 aktiv xəstə var. Azərbaycan hökumətinin İran vətəndaşlarına sərhəddə (hava limanı və quru sərhədlərdə) viza verilməsi prosedurunu ləğv etməsi, onların ya ASAN VİZA, yaxud İrandakı konsulluğumuzdan viza alaraq ölkəyə gələ bilməsi çox doğru qərardır. Bu, quru sərhədlərin açılmasına hazırlıq göstəricisidir. Ehtimal var ki, hökumət bu həftə pandemiya ilə bağlı bütün qərarların ləğv edilməsini elan edəcək. Eyni zamanda quru sərhədlərin açılması ilə bağlı qərarın veriləcəyi də gözlənilir. Ümid var ki, hökumət insanların çoxdan gözlədiyi və hüquqi olaraq doğru olacaq qərarı bu günlərdə verəcək".

 

Ekspert pandemiya dönəmində yazılan cərimələrin ləğvi məsələsinə də toxunub: "Bu səhifənin birdəfəlik qapadılması üçün yaxşı olardı ki, Azərbaycan hökuməti pandemiya dövründə vətəndaşlara və biznesə verilən cərimələr məsələsini də həll etsin – indiyədək cəriməsi olanların borcu ləğv edilsin, pandemiya dövründə cərimə ödəmiş vətəndaşlara isə həmin vəsait geri qaytarılsın. Bunun çox asan mexanizmləri var. Məsələn, həmin vəsait cərimə ödəmiş vətəndaşların kommunal borclarından hər ay kiçik məbləğlərlə 1 il ərzində silinə bilər".

 

İnci


OXŞAR XƏBƏRLƏR