“Son təxribatlar manipulyasiya xarakterlidir...” – Politoloq

“Son təxribatlar manipulyasiya xarakterlidir...” – Politoloq

Ermənistan ordusunun “1 nömrəli hazırlıq vəziyyəti”nə gətirilməsi, xaricdəki erməni diplomatların öz həmyerlilərini müharibə ilə bağlı xəbərdar etməsi fonunda Ermənistanda hakim partiyanın sakitliyi müzakirə olunur.

 

Belə ki, Ermənistan iqtidarının proseslərdən bir qədər kənarda qalması birmənalı qarşılanmır. 

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Natiq Miri Ermənistan hakimiyyətinin susqunluğunun gələcəyə hesablandığını bildirib:

 

"Ermənistan hakimiyyətinin sakitliyi onunla bağlıdır ki, sərhəddə erməni qoşunlarının yığılmasının strateji, taktiki nəticəsizliyini bilir. Ona görə Ermənistan hakimiyyəti özünü daha sakit aparır. Digər tərəfdən, Ermənistan son toqquşmalarla bağlı ajiotaj yaradaraq beynəlxalq birliyin diqqətini özünə çəkmək istəyir. Eyni zamanda rəsmi İrəvan hazırkı zamanda Azərbaycanla böyük miqyaslı müharibəyə başlamaq iqtidarında olmadığını anlayır. Ermənistan rəhbərliyi törətdiyi təxribatların nədən qaynaqlandığını və nəyə istiqamələndiyini, hansı siyasi hədəflərə hesablandığını gözəl bilir. Ona görə də hakimiyyətin ciddi narahatlığı yoxdur".

 

Politoloqun sözlərinə görə, erməni müxalifəti mövcud durumdan istifadə etməyə çalışacaq:

 

"Məlum olduğu kimi, münaqişə ikitərəflidir və tərəflərdən biri, yəni Azərbaycan bu gün regionda sülh tərəfdarı kimi çıxış edir. Sadəcə olaraq, son təxribatlar manipulyasiya niyyəti daşıyır və beynəlxaq birliyin diqqətinin Qarabağa çəkməyə hədəflənib. Baş verən hadisələri Ermənistan müxalifəti, revanşist qüvvələr Paşinyanın əleyhinə istifadə edib, onu devirməyə çalışırlar".

 

Əzizə


OXŞAR XƏBƏRLƏR