"AŞPA-da Laçın dəhlizi məsələsi müzakirə olunacaq" - Ermənistan rəsmisi

Laçın dəhlizi ilə sərbəst və təhlükəsiz hərəkət məsələsi Avropa Şurası Parlament Assambleyasının iyunun 22-də keçiriləcək plenar iclasında müzakirə oluna bilər. 


Sfera.az xəbər verir ki, bu barədə məlumat "Sputnik Ermənistan"da Ermənistanın AŞPA-dakı nümayəndəsinin dilindən yayımlanıb.

 

“Ermənistan tərəfi hələ sessiyanın gündəliyini almayıb, lakin çox güman ki, bu müzakirə aparılacaq”, - nümayəndə heyəti qeyd edib.

 

Xatırladaq ki, AŞPA-nın yay plenar sessiyası iyunun 19-23-də keçiriləcək.

 

Əzizə
 


OXŞAR XƏBƏRLƏR