Rusiyanın Ukrayna savaşındakı YENİ TAKTİKASI: “Ölüm tankları...” + FOTO

Rusiyanın Ukrayna savaşındakı YENİ TAKTİKASI: “Ölüm tankları...” + FOTO

Ukraynanın çoxdan gözlənilən əks-hücumu başlayandan sonra Rusiya yeni taktikaya əl atıb.

 

Sfera.az bildirir ki, bununla bağlı dünya mediasında görüntülər üzə çıxıb. Britaniyanın “Daily Mail” qəzetində yer alan xəbərə görə, rus əsgərləri Ukrayna qüvvələrinə qarşı “ölüm tankı”ndan istifadə edib. “Telegram”da yayımlanan kadrlarda rus əsgərlərinin içi boş tanklarını partlayıcılarla doldurduğu və pultla Ukrayna səngərlərinə doğru göndərdiyi görünüb.

 

Britaniya qəzeti isə Donetskdən gələn yeni videogörüntülərdəki tankın T-54 olduğunu və içərisində 6 ton partlayıcının yerləşdirildiyini yazıb. Sözügedən videoda Ukrayna əsgərlərinin tankı dayandırmaq üçün ciddi səy göstərdiyi əks olunub. Eyni xəbərə görə, tank minaya düşüb və böyük partlayışa səbəb olub.

 

“Tank ukraynalılardan təxminən 60 metr aralıda dayansa da,  partlayışdan yaranan böyük təzyiq dalğası yəqin ki, bəzi əsgərləri öldürüb”, - “Daily Mail” qeyd edib.

 

Məlumata əsasən, Rusiya ən azı iki dəfə bu taktikadan istifadə edib, lakin partlayış ilk dəfə kameralara düşüb.

 

Günay Rəsulqızı

 

 

 


OXŞAR XƏBƏRLƏR