Əhalinin borclanma səviyyəsi artıb - SORĞU
14:18 / 19.06.2023
4566
Bu ilin birinci rübündə əhalinin borclanma səviyyəsi artıb.
Sfera.az xəbər verir ki, Mərkəzi Bankın kommersiya bankları arasında keçirdiyi sorğuya əsasən, bankların əksəriyyəti bu qənaəti irəli sürüb.
Sorğuya əsasən 42% bank əhalinin borclanmasında dəyişiklik olmadığını qeyd etsədə, 54% bank əhalinin borclanma səviyyəsinin orta dərəcədə artdığını, 4% bank isə orta dərəcədə azalma olduğunu bildirib.
Borcların artmasında istehlak və ipoteka kreditlərinə tələbin yüksəlməsi mühüm rol oynayıb. Tələbin artımının əsas drayverləri daşınmaz əmlak bazarı ilə bağlı gözləntilər, faiz dərəcələri, habelə, rəqəmsallaşma olub.
Vasif