“İstehlak kreditlərinə tələb artıb” – Mərkəzi Bank

“İstehlak kreditlərinə tələb artıb” – Mərkəzi Bank

Azərbaycan Mərkəzi Bankı (AMB) 2023-cü ilin I rübü üzrə bank sektorunun kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələrini açıqlayıb. Sorğu biznes, istehlak və ipoteka kreditləşməsinə dair tələb və təklif amillərinin qiymətləndirilməsi, o cümlədən bankların risklərinin müəyyən edilməsi və qiymətləndirilməsini əhatə edir.


Sfera.az xəbər verir ki, sorğu nəticələrinə əsasən, 2023-cü ilin I rübündə bankların kreditləşmə siyasətinin yumşalması və kreditlər üzrə tələbin artması davam edib. Bununla belə, ötən rüblərlə müqayisədə həm biznes, həm də istehlak portfelləri üzrə yumşalma tendensiyasında səngimə meyilləri nəzərə çarpıb. 


Banklar 2023-cü ilin II rübündə də kreditləşmə siyasətində yumşalmaların davam edəcəyini və kredit tələbinin artacağını gözlədiklərini bildiriblər. 


2023-cü ilin I rübündə banklar tərəfindən verilən biznes kreditləri üzrə standartlarda yumşalma davam etsə də, ötən rüblərlə müqayisədə yumşalma trendində səngimə meylləri görünür. Xarici valyutada verilən biznes kreditləri üzrə kredit standartlarında isə sərtləşmə davam etmişdir. Bankların 2023-cü ilin II rübü üzrə gözləntilərinə əsasən sektorda qısamüddətli və milli valyutada verilən biznes kreditləri üzrə standartlarda yumşalmaların, uzunmüddətli və xarici valyutada verilən kreditlərdə isə sərtləşmələrin olacağı proqnozlaşdırılır.


Vasif


OXŞAR XƏBƏRLƏR