Çin-dən ABŞ-yə SƏRT MESAJ: \"Güzəştə getməyəcəyik!\"

Çin-dən ABŞ-yə SƏRT MESAJ: \

“Çin Tayvan məsələsində güzəştə getməyəcək”.

 

Sfera.az bildirir ki, bunu  Çin Kommunist Partiyası (ÇKP) Mərkəzi Komitəsinin xarici əlaqələr üzrə komissiyasının aparat rəhbəri Vanq Yi  deyib. O, bu barədə Pekində ABŞ dövlət katibi Entoni Blinkenlə danışıqlar zamanı danışıb. 

 

“The Straits Times” qəzetinə görə, çinli rəsmi fikirlərini bu cür ifadə edib: “Çinin Tayvan məsələsində güzəştə yeri yoxdur.  ABŞ bizim təsir zonamızda yerləşən adaya münasibətdə Çin təhlükəsini şişirtməməlidir”. Vanq Yi ABŞ-dən Çinə qarşı sanksiyaları ləğv etməyi və ölkənin texnoloji inkişafının qarşısını almağı dayandırmağı tələb edib.

 

Qeyd edək ki, Blinken və Vanq Yi arasında görüş iyunun 18-də Pekində baş tutub. Ondan əvvəl ABŞ dövlət katibi Çinin xarici işlər naziri Qin Qan ilə danışıb. Danışıqlar 7,5 saat davam edib. 

 

Günay Rəsulqızı

 


OXŞAR XƏBƏRLƏR