Müstəqilliyimiz əbədidir - 25 il - FOTO

Müstəqilliyimiz əbədidir - 25 il - FOTO
Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 25 illiyi münasibətilə Bakıda veloyürüş keçirilib.

Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, "İRƏLİ" İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Velosiped İdmanı Federasiyası, "Böyük İpək Yolu" Beynəlxalq Gənclər Birliyi və Dənizkənarı Bulvar İdarəsinin tərəfdaşlığı ilə "Azərbaycanın Dövlət Müstəqillik Gününə həsr olunmuş" veloyürüş keçirilib.

Dövlət Bayrağı Meydanından start götürməkə Heydər Əliyev Mərkzinin yanında başa çatan yürüşdə ümumilikdə 200-ə yaxın peşəkar və həvəskar velosipedçi iştirak edib. Veloyürüş gənclərin sağlam həyat tərzinin formalaşmasına dair təbliğatın aparılması və onların asudə vaxtının səmərəli təşkil olunması ilə yanaşı, daha böyük bir əhəmiyyət daşıyır.

Yürüşün əsas məqsədi Müstəqillik Gününün əhəmiyyətinin bir daha diqqətə çatdırılmasına yönəlib. Belə ki, bu sadəcə bir veloyürüş yox, eyni zamanda Azərbaycan Respublikasının müstəqilliyinə və suverenliyinə daha bir töhfədir.

OXŞAR XƏBƏRLƏR

Hikmət Hacıyev Şimali Baltik Səkkizliyi ölkələrinin nümayəndələri ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şimali və Baltikyanı ölkələri...

Sahibə Qafarova TBMM-in sədrini təbrik etdi

​​​​​​Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşa yenidən TBMM sədri vəzifəsinə seçilməsi münasibəti ilə ...

Hindistanda stadionda yaşanmış izdiham nəticəsində 10-dan çox insan öldü

Hindistanın cənubundakı Banqalor şəhərində stadionda yaşanmış izdiham nəticəsində azı 11 nəfər ölüb, onlarla insan yaralanıb.   Sfera.az xəbər verir ...

Kartınızdakı pullar bu üsulla da oğurlana bilər - XƏBƏRDARLIQ

ATM-lərdə yerləşdirilən gizli qurğular – skimmerlər bank kartınızın məlumatlarını oxuya, gizli kamera və ya saxta klaviatura isə PIN kodunuzu ələ keçirə b...

Daha bir tiktoker azadlığa buraxıldı

Ötən ilin dekabrında həbs edilən tiktoker Elvin Abdullazadə azadlığa buraxılıb.   Sfera.az istinadən xəbər verir ki, onun vəkili Pəhlivan Aslanov tik...

Ledi Qaqa Ginnesin Rekordlar Kitabına düşdü -Madonnanı qabaqladı

Ledi Qaqa Braziliyanın Rio-de-Janeyro şəhərində konsert verib. O, qadın musiqiçilər arasında tamaşaçı sayına görə rekorda imza atıb.   Bu barədə Ginn...