Türkiyədə turist avtobusu qəzaya düşdü: Ölən var

Hadisə
19:55 / 18.06.2023
5248
Türkiyənin Antalya şəhərində rusiyalı turistlərin olduğu mikroavtobus yolda dayanmış yük maşınına çırpılıb.
Sfera.az xəbər verir ki, qəza nəticəsində mikroavtobusun sürücüsü ölüb, 5 rusiyalı turist yaralanıb.
Zərərçəkənlərin xəstəxanaya yerləşdirildiyi bildirilir.
Hadisə yerinə çox sayda təcili yardım maşını və Antalya Manavgat Bələdiyyəsinin xilasetmə qrupu göndərilib.