60 yaşdan yuxarı müəllimlərin imtahanlara dəvətləri ləğv olundu - FOTO

60 yaşdan yuxarı müəllimlərin imtahanlara dəvətləri ləğv olundu - FOTO

“Sertifikasiya imtahanında iştirak etmək istəyən yaşı 60 və yuxarı olan müəllimlərin 20 iyundən başlayaraq sertifikatlaşdırma imtahanlarına dəvət olunmuş müəllimlərin dəvətləri ləğv olunub”.

 

Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzi yayıb.

 

Bildirilib ki, Elm və Təhsil Nazirliyi tərəfindən 15.09.2023 tarixinə qədər 60 yaşı tamam olan, həmçinin yaşı 60-dan yuxarı olan təhsilverənlərin sertifikatlaşdırma prosesində iştirakı “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” ndakı dəyişikliklər qüvvəyə minənədək ləğv olunmuşdur. Buna müvafiq olaraq sözügedən təhsilverənlərin 20-24 iyun tarixlərində keçiriləcək test imtahanlarında iştirakı nəzərdə tutulmur:

 

"Nəzərinizə çatdırırq ki, yaşı 60 və 60-dan yuxarı olan təhsilverənlərin qanunvericiliyin tələblərinə müvafiq olaraq sertifikatlaşdırma prosesində iştirakı ilə bağlı yaxın müddətdə ətraflı məlumat veriləcək".

 

Qeyd edək ki, imtahana hazırlaşan 60+ yaşlı müəllimlərin nömrələrinə də bununla bağlı mesajlar göndərilib.


OXŞAR XƏBƏRLƏR

Aysun İsmayılovanın keçmiş həyat yoldaşı qızı ilə bağlı paylaşım etdi - FOTO

Müğənni Aysun İsmayılovanın keçmiş həyat yoldaşı, vəkil Ramil Vəliyev sosial şəbəkə hesabındakı paylaşımı ilə diqqət çəkib.   Sfera.az xəbər ver...

Azərbaycanda əsgərlik yaşı DƏYİŞİR?

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov hərbi xidmətə çağırış yaşının 20 yaşdan yuxarı qaldırılması bar...

İran Prezidentinə sui-qəsdə əl atdılar

İran Prezidenti Məsud Pezeşkian, İsrail hakimiyyətinin ona qarşı sui-qəsd cəhdi etdiyini bildirib.   Sfera.az xarici mediaya istinadən xəbər verir ki...

İsveçin müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırıldı

İsveçin müvəqqəti işlər vəkili Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb. ...

İkili diplomu olan tələbələrin sayı açıqlandı

2024-2025-ci tədris ilində beynəlxalq ikili diplom proqramları üzrə təhsil hüququ qazanan və məzun olan şəxslərin sayı açıqlanıb.    Sfera.az xə...

"Mobil tətbiq üzrə rəqibimiz yoxdur" - Nadir Babazadə

"Mobil tətbiq üzrə özümüzə rəqib görmürük".   Sfera.az xəbər verir ki, bunu bu gün keçirilən ABB İnvest şirkətinin fəaliyyətinə dair mətbu...