Mübariz İbrahimovun şəhadətindən 13 il ötür

Mübariz İbrahimovun şəhadətindən 13 il ötür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şəhidliyindən 13 il ötür.

 

Sfera.az xəbər verir ki, qəhrəmanımızın anım günü münasibətilə  doğulduğu Biləsuvarın Əliabad kəndində ata ocağı rayon ictimaiyyəti tərəfindən ziyarət olunur. 

 

Qeyd edək ki, M.İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvarın Əliabad kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçib. 

 

Həqiqi hərbi xidmətini 2007-ci ildə başa vurub. 2009-cu ildə gizir rütbəsi ilə  cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmətə başlayıb.

 

2010-cu il iyunun 18-də gecə saat 23 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçərək, müxtəlif təxribatlar törədən Ermənistan silahlı qüvvələrinin mövqelərinə hücum edib. O qısa zaman ərzində düşmənin bir neçə sayda əsgər və zabitini məhv edib. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək, 5 saat döyüşüb. Ermənistan ordusu çox çətinliklə, yalnız səhər saatlarında Mübariz İbrahimovun qarşısını ala bilib.

 

 

 


OXŞAR XƏBƏRLƏR