Şəkidə partlayış: Bakıya gətirilən uşaqlar yolda öldü

Hadisə
10:13 / 18.06.2023
5253
Şəkidə qaz sızması nəticəsində baş verən partlayışda ağır xəsarət alan azyaşlılar dünyasını dəyişib.
Sfera.az APA-ya istinadla xəbər verir ki, 2020-ci il təvəllüdlü Əli Nicat oğlu Soltanlı və 2021-ci il təvəllüdlü Məhəmməd Nicat oğlu Soltanlı Bakıdakı Nərmənov Tibb Mərkəzinin nəznindəki Yanıq Mərkəzinə aparılarkən yolda dünyasını dəyişiblər.
Onların anası 2000-ci il təvəllüdlü Şəlalə Nəsib qızı Yusifova isə Yanıq Mərkəzinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.
Xatırladaq ki, ötən gün Şəkidə evdə partlayış olub, ana və 2 azyaşlı övladı ağır xəsarət alıb.