De Byazi Estoniya ilə matçdakı uğursuzluğu şərh etdi

De Byazi Estoniya ilə matçdakı uğursuzluğu şərh etdi

Özüm istefa verməyəcəyəm, buradayam, işimi davam etdirirəm. Məni ancaq qovsalar gedəcəyəm.

 

Sfera.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Estoniya ilə 1:1 hesabı ilə bərabərə qaldıqları Avro-2024-ün seçmə mərhələ oyunundan sonra mətbuat konfransında deyib.

 

İtaliyalı mütəxəssis komandasının “Dalğa Arena”da keçirdiyi görüşü dəyərləndirib:

 

“İlk hissəni standartlardan çox aşağı səviyyədə oynadıq. Oyunumuz alınmırdı, topu idarə edə bilmirdik. Bu üzdən fasilədən sonra 3 əvəzləmə etdik. Düşünürəm ki, daha çoxuna layiq idik. Əgər 90-cı dəqiqədəki epizodda bəxtimiz gətirsəydi, qələbə qazanardıq. Birinci hissədən narazı, ikinci hissədəki çıxışdan razıyam. İlk yarıda rəqib hətta daha iki qol vura bilərdi. Ancaq fasilədən sonrakı çıxışımızla qələbəyə layiq idik”.

 

67 yaşlı məşqçi qarşılaşmadan əvvəl sistemi dəyişmək barədə düşündüyünü etiraf edib:

 

“Çoxdan idi 4-2-3-1 sxemi ilə oynayırdıq. Matçdan əvvəl sistemi dəyişməyi düşündüm. Amma sistem dəyişsəydim və oyunumuz alınmasaydı, məni öldürərdiniz. Bizdə mövsüm bitib, rəqibdə isə çempionat davam edir. Bu gün güclü komanda ilə qarşılaşırdıq. Nəticəyə görə məyusam, amma komandamın ikinci hissədəki çıxışından razıyam”.

 

İtaliyalı mütəxəssis sərəncamında güclü futbolçular olmadığını etiraf edib:

 

“Qrupumuz barədə nə düşünürsünüz? Uğur qazanmaq üçün yaxşı maşın olmalıdır. Biz bunun üzərində çalışırıq. Buradakı futbol cəmiyyətində nələrin baş verdiyini məndən yaxşı bilirsiniz. Qısa müddətdə belə az oyunçu ilə uğur qazanmaq asan deyil. Açığı, daha güclü millidən təklifim var idi. Sadəcə, bura ilə müqaviləm davam etdiyi üçün atıb getmək istəmədim".


OXŞAR XƏBƏRLƏR

İmişli hadisələrinə görə tutulan 14 nəfərlə bağlı yeni xəbər

İmişlidəki hadisələrə görə tutulan 14 nəfərin (Bayramlı Bəylər, Babayev Rasif, Cabbarlı Anar, Usublu Vüqar, Səfərov Şamil, İbrahimov Elman, Bağırov Abbas, Məmmə...

Vergi ödəyicilərinin sayı 800 mini keçdi - RƏQƏMLƏR

"Ən son məlumata görə 2025-ci ilin 1 aprel tarixinə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəlindən bəri 0,3% artaraq 809,2 minə çatıb. Bu faiz ifadəsində ...

Mərkəzi Bank bu qurumu cərimələdi

Azərbaycan Mərkəzi Bankı (AMB) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-ni və onun vəzifəli şəxsinin inzibati məsuliyyətə cəl...

"Trampın tarifləri Azərbaycan üçün yeni fürsətlər yaradacaq" - AÇIQLAMA

ABŞ Prezidenti Donald Trampın hakimiyyəti dövründə beynəlxalq ticarət münasibətlərində ciddi dəyişikliklər baş verib. Tramp administrasiyası bir sıra ölkələrə, ...

Daha bir müğənninin səhnədə ürəyi dayandı

Ötən gecə Türkiyənin Aydın şəhərində məkanlardan birində səhnə alan müğənni Mehmet Gündoğdu səhnədə infarkt keçirib.   Sfera.az Türkiyə mətbuatına is...

İsa peyğəmbərin dəfn olunduğu bağ tapıldı

İtaliyanın “Sapienza” Universitetindən bir qrup arxeoloq Qüdsdə araşdırma apararaq İsa peyğəmbərin dəfn olunduğu bağı aşkara çıxarıblar. &...