Oğlunun müharibədə öldüyünü deyən ananı həbs gözləyir

Oğlunun müharibədə öldüyünü deyən ananı həbs gözləyir

Rusiyada Tümen vilayətindən olan vəfat etmiş əsgərin anası ordunu nüfuzdan salmaqda günahlandırılıb. Oğlunun ölümünü jurnalistlərə dediyi üçün ona qarşı donos yazılıb.
 

Sfera.az bildirir ki, oğlu ölən qadın haqqında donosu İkinci Dünya Müharibəsi illərində NKVD-nin xəbərçisi olmuş birinin nəvəsi yazıb.

 

Afanasi Podayev 2022-ci ilin sonunda Belqorod vilayətində atışma nəticəsində həlak olub. 19 yaşlı oğlan burada hərbidə qulluq edib. Bir neçə gün sonra Alla Anna Korobkova adlı birindən donos alıb. Anna mərhum gəncin anasının müsahibə zamanı verdiyi ifadələrlə Rusiya ordusunu nüfuzdan saldığını hesab edib.
 

"Polisdən gəldilər, telefonla göstərdilər ki, donos yazılıb. Soruşurlar ki, niyə müsahibə verdim? Oğlumun öldüyündən də xəbərləri olmadı. Bir neçə gündən sonra işimə gəldilər. Bəyanatın kağız variantını oxutmağa gətirmişdilər. Müsahibədəki mənim sözlərim orada çap olunub”- deyə qadın bildirib.


O, tezliklə məhkəməyə çağırılacağını bildirib.
 

Qeyd edək ki, qadın haqqında donos yazın Anna Korobkova artıq Rusiyada tanınır. Onun işi Rusiyanın Ukraynaya qarşı müharibəyə reaksiyasını internetdə, mediada və s. izləməkdir və bunların üzərinə donoslar yazır. Qadın sözün əsl mənasında rusların ünvanına donoslar yazdırıb. Korobkova babasının da İkinci Dünya Müharibəsi zamanı NKVD xəbərçisi olduğunu bildirib.
 

Xatırladaq ki, Rusiya Federasiyasında son vaxtlar gərgin vəziyyət yaranıb. Bəzi insanlar getdikcə bir-birinin ünvanına donoslar yazmağa başlayıblar. Nəticədə Kremlin siyasətindən və Ukraynaya qarşı müharibədən narazılığını bildirənlərə qarşı cinayət işi başlanır.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR