Saakaşvili Gürcüstan siyasətinə qayıtdığını elan edib

Saakaşvili Gürcüstan siyasətinə qayıtdığını elan edib

Gürcüstanın keçmiş prezidenti, Ukrayna vətəndaşı Mixail Saakaşvili Gürcüstan siyasətinə qayıtmaq niyyətində olduğunu açıqlayıb. Xatırladaq ki, bir il əvvəl, o, artıq Gürcüstan siyasəti ilə maraqlanmadığını bildirmişdi.
 

Sfera.az xəbər verir ki, müvafiq bəyanat Saakaşvilinin Facebook səhifəsində dərc olunub.
 

“Səhhətimin vəziyyətimə baxmayaraq, Ukrayna ilə bağlı fəaliyyətimlə paralel olaraq Gürcüstan siyasətində də çox fəal olmaq niyyətindəyəm”- bəyanatda deyilir.
 

Mixail Saakaşvili vurğulayıb ki, Gürcüstanda sadəcə olaraq, boş oturaraq qələbə gözləmək olmaz, innovativ və cəsarətli yanaşmalardan istifadə edərək aktiv fəaliyyət göstərmək və uğur qazanmaq üçün çalışmaq lazımdır.


O, bu gündən etibarən onunla bağlı bütün məhkəmə proseslərində iştirak etmək niyyətində olduğunu açıqlayıb. Saakaşvili həmçinin bütün milli və anti-Rusiya qüvvələrini birləşdirməyə çağırıb.
 

Saakaşvili qeyd edib ki, onu bu cür bəyanatla çıxış etməyə vadar edən son damla Acarıstan Ali Radasının iclasında – hökumətin başçısı Tornike Rijvadzenin 2008-ci il müharibəsini “qorxaqcasına məğlub olmuş müharibə” adlandıran sözləri olub.
 

Xatırladaq ki, Ukrayna prezidenti Vladimir Zelenski Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin durumundan danışıb. Onun sözlərinə görə, Saakaşvilinin həyatı indi siyasi deyil, sırf mənəvi qərardan asılıdır.
 

Qeyd edək ki, bu il martın 13-də Mixail Saakaşvili vəziyyətinə görə ölüm ayağında olduğunu bildirib. Xəstəlik başlayanda çəkisinin 120 kiloqram olduğunu bildirən Saakaşvili, mart ayında 64 kiloqrama düşdüyünü deyib.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Məhkəmə Xoşqədəm Hidayətqızına qadağa qoydu

Ötən ilin dekabrında “Boztəpə” su kanalının İmişli rayonunun Qaragüvəndikli kəndindən keçən hissəsində müəmmalı şəraitdə itkin düşmüş 11 yaşlı Rasim...

"Qarabağ" "Neftçi"ni darmadağın edir - YENİLƏNDİ

Azərbaycan Premyer Liqasının VII turunda təşkil olunan "Qarabağ" - "Neftçi" oyunu başlayıb.   Sfera.az xəbər verir ki, matç saat ...

SOCAR BP ilə memorandum imzaladı

Bu gün Bakıda BP və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR ) arasında BP-nin Xəzər dənizinin Azərbaycan sektorunda iki hasilat və kəşfiyyat bloku üzrə sazişlərə ...

Stallone qızları üçün 25 milyon dollarlıq dəbdəbəli malikanə alır - FOTOLAR

78 yaşlı Hollivud aktyoru Silvestr Stallone üç qızı - Sofiya, Sistine və Skarlet üçün dəbdəbəli hədiyyə etmək qərarına gəlib. Sfera.az bildirir ki, məşhur ...

Bu ərazilərdə görmə məsafəsi məhdudlaşacaq

Dumanlı və yağıntılı hava şəraiti ilə əlaqədar avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xid...

Qarabağda evini kirayə verib, Bakıya qayıdanlara XƏBƏRDARLIQ

Son günlər keçmiş məcburi köçkünlər arasında bəzilərinin işğaldan azad edilən torpaqlarda onlara dövlət tərəfindən bağışlanan evləri kirayə verərək, Bakıya qayı...