TƏBİB-in tibb müəssisələrində nə qədər işçi çalışır?
Cəmiyyət
21:50 / 17.06.2023
7354
Hazırda TƏBİB-in tabeli tibb müəssisələrində 94 084 nəfər əməkdaş çalışır. Onlardan 53 389 nəfəri tibb heyətidir.
Sfera.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov TƏBİB-in təşkilatçılığı ilə Bakıda ilk dəfə keçirilən Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumunda deyib.
“Onu da qeyd edim ki, 2022-ci il üzrə TƏBİB-in tabeli tibb müəssisələrinə 12 379 nəfər işçi, 2023-cü ilin bugünkü gününədək isə 3 500 nəfərdən çox işçi qəbul edilib”, - V.Qurbanov qeyd edib.