Maqnit qasırğası zamanı nə etmək lazımdır?
Cəmiyyət
20:30 / 17.06.2023
8322
Maqnit qasırğası zamanı çox vaxt insanlar halsızlıqdan, başağrısından əziyyət çəkirlər. Bunun üçün maqnit qasırğası olacağını eşitdiyiniz gün nə yeyib-içdiyinizə diqqət etməlisiniz.
Sfera.az həmin gün yeyə biləcəklərinizin siyahısını təqdim edir:
Səhər - suda bişmiş yulaf, bir stəkan çay və ya süd.
Nahar - yağlı tərəvəzli salat, şorba, kartof və balıq.
Günortadan sonra - 2 alma və ya banan.
Şam yeməyi - salat, pendir və ya kəsmik, bir dilim çörək, çay.
Yatmazdan 1 saat əvvəl - kefir və alma.
Bu qidalar sizi başağarısından xilas edəcək.