Şəkidə evdə partlayış oldu, bir qadın və iki körpə ağır xəsarət alıblar

Hadisə
18:30 / 17.06.2023
5908
Şəkidə evdə partlayış olub, 3 nəfər ağır xəsarət alıb.
Sfera.az-ın məlumatına görə, hadisə rayonunun Aşağı Göynük kəndində, yaşayış evlərindən birində baş verib.
Belə ki, partlayış zamanı evdə olan 2000-ci il təvəllüdlü Şəlalə Nəsib qızı Yusifova, 2021-ci il təvəllüdlü Məhəmməd Nicat oğlu Soltanlı və 2020-ci il təvəllüdlü Əli Nicat oğlu Soltanlı ağır xəsarət alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Yaralıların vəziyyətlərinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır. (Report)