Paşinyan Laçın postuna hücum əmrini buna görə verib - Separatçıların İDDİASI
Gündəm
22:07 / 16.06.2023
9961
Ermənistanın Laçın postunda təxribat hücumu təkzibedilməz faktlarla sübut olunub. Artıq ermənilər də bunu təkzib edə bilmir, müxalifət isə bu təxribata görə Nikol Paşinyan hakimiyyətini ittiham edir.
Sfera.az xəbər verir ki, Qarabağdakı ermənilər isə Ermənistan hakimiyyətinin bu təxribatı Azərbaycana fürsət vermək üçün törətdiyini iddia edirlər.
“Hraparak” nəşri Qarabağdakı separatçılara istinadən yazır ki, Ermənistan hakimiyyəti təxribatı qəsdən törədib.
“Məqsəd vəziyyəti gərginləşdirmək və Azərbaycanın Qarabağa nəzarəti təmin etməyini legitimləşdirməkdir. Nəticədə sərhəd-keçid məntəqəsi bağlandı və proses bu istiqamətdə gedir”, - Qarabağdakı ermənilər qeyd edirlər./Publika.az