Boris Conson yeni iş tapdı - Keçmiş baş nazir nə işləyəcək?

Boris Conson yeni iş tapdı - Keçmiş baş nazir nə işləyəcək?

Boris Conson yeni iş tapıb- Keçmiş baş nazir nə işləyəcək?
 

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson yeni vəzifə alıb. O, jurnalistika sahəsində çalışacaq və Daily Mail üçün həftəlik köşə yazısı yazacaq.
 

Sfera.az bildirir ki, bu barədə Consonun keçmiş həmkarlarına istinadən POLITICO nəşri məlumat yayıb.
 

Medianın məlumatına görə, Conson yeni vəzifəsində altı rəqəmli maaş alacaq. Bu iş Johnson üçün 2019-cu ildə “Daily Telegraph”dan ayrıldıqdan sonra ilk müntəzəm jurnalist işi olacaq.
 

Nəşrin həmsöhbətləri qeyd ediblər ki, “ulduzlu köşə yazarı” problemli işçiyə çevrilə bilər. Consonun keçmiş həmkarları birlikdə işlədikləri vaxtlardakı problemləri xatırlayırlar: - Conson, materialları vaxtında təhvil verə bilmirdi və bəzən sadəcə idarəolunmaz olurdu.


“Daily Mail” videosunda artıq Conson, şənbə günündən başlayaraq sütunun özü düşündüyü kimi olacağını bildirib.
 

"Mən hətta siyasəti işıqlandırmalı ola bilərdim - amma birmənalı şəkildə ehtiyac olmadıqca bunu mümkün qədər az etməyə çalışacağam”-deyə o bildirib.
 

Xatırladaq ki, iyunun 9-da Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson karantin zamanı iqamətgahında partiyaların təşkili ilə bağlı aparılan araşdırmanın nəticələrinə görə İcmalar Palatasının üzvü vəzifəsini tərk etdiyini açıqlamışdı.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR