Novxanıda bağ evindən 10 000 manatlıq oğurluq edildi

Novxanıda bağ evindən 10 000 manatlıq oğurluq edildi

Novxanıda bağ evindən 10 000 manatlıq oğurluq edilib.

 

Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Novxanı qəsəbəsindəki bağ evlərinin birindən 10 000 manat dəyərində məişət, elektrik və istixana avadanlıqlarını oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakini Raul Vəliyev müəyyən olunaraq saxlanılıb.

 

Araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR