Kanadada baş verən irimiqyaslı qəzada 15 nəfər öldü - VİDEO

Kanadada baş verən irimiqyaslı qəzada 15 nəfər öldü - VİDEO

Kanadanın Manitoba əyalətində cənub istiqamətində sərnişin avtobusu ilə yük maşını toqquşub, nəticədə 15 nəfər həlak olub.
 

Sfera.az bildirir ki, qəza Karberi şəhəri yaxınlığında yerli kazinoya gedən avtobusla yük maşını arasında toqquşma baş verib. Qəza zamanı avtobusda əksəriyyəti yaşlı olmaqla 25-ə yaxın insan olub.
 

Toqquşma nəticəsində 15 nəfər həlak olub, daha on nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyəti ağırlıq dərəcəsinə görə dəyişir. Hər iki avtomobilin sürücüsü sağ qalıb və həkim nəzarətindədirlər.


Yerli polis hadisə yerində araşdırma aparır, lakin hazırda qəzaya görə kimin məsuliyyət daşıdığı hələ müəyyən edilməyib. Polis hadisənin səbəblərivə şəraitini müəyyən etmək üçün sübutlar toplayır, məlumatları təhlil edir və şahidləri dindirir.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Məhkəmə Xoşqədəm Hidayətqızına qadağa qoydu

Ötən ilin dekabrında “Boztəpə” su kanalının İmişli rayonunun Qaragüvəndikli kəndindən keçən hissəsində müəmmalı şəraitdə itkin düşmüş 11 yaşlı Rasim...

"Qarabağ" "Neftçi"ni darmadağın edir - YENİLƏNDİ

Azərbaycan Premyer Liqasının VII turunda təşkil olunan "Qarabağ" - "Neftçi" oyunu başlayıb.   Sfera.az xəbər verir ki, matç saat ...

SOCAR BP ilə memorandum imzaladı

Bu gün Bakıda BP və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR ) arasında BP-nin Xəzər dənizinin Azərbaycan sektorunda iki hasilat və kəşfiyyat bloku üzrə sazişlərə ...

Stallone qızları üçün 25 milyon dollarlıq dəbdəbəli malikanə alır - FOTOLAR

78 yaşlı Hollivud aktyoru Silvestr Stallone üç qızı - Sofiya, Sistine və Skarlet üçün dəbdəbəli hədiyyə etmək qərarına gəlib. Sfera.az bildirir ki, məşhur ...

Bu ərazilərdə görmə məsafəsi məhdudlaşacaq

Dumanlı və yağıntılı hava şəraiti ilə əlaqədar avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xid...

Qarabağda evini kirayə verib, Bakıya qayıdanlara XƏBƏRDARLIQ

Son günlər keçmiş məcburi köçkünlər arasında bəzilərinin işğaldan azad edilən torpaqlarda onlara dövlət tərəfindən bağışlanan evləri kirayə verərək, Bakıya qayı...