Beş yaşında uşaq dünyaya gətirmişdi - Dünyanın ən gənc anası Lina Medinanın hekayəsi

Beş yaşında uşaq dünyaya gətirmişdi - Dünyanın ən gənc anası Lina Medinanın hekayəsi

Perulu Lina Medina haqqında yəqin ki, çoxları eşidib, fotosu çoxuna tanışdır. Özü hələ uşaq ikən cəmi beş yaşında uşaq dünyaya gətirən dünyanın ən gənc anası. O, 1939-cu ildə dünyanın ən gənc anası olub.
 

Qız And dağlarının ucqar bir kəndində yaşayırdı və onun həyatı həmyaşıdları ilə müqayisədə əvvəlcə normal görünürdü.
 

Linanın qarnı şişməyə başlayanda bunu görən valideynləri onun daxili orqanlarında şiş ola biləcəyinə qərar veriblər. Xəstəxanada onun hamilə olduğu məlum olub. Ata qızı xəstəxanaya aparıb, onun yeddi aylıq hamilə olduğu məlum olub. Bir neçə həftə sonra, 1939-cu il mayın 14-də Lina qeysəriyyə əməliyyatı ilə sağlam oğlan övladı dünyaya gətirib.


Çaşqın həkimlər onun erkən yetkinlik adlı nadir bir xəstəliyə tutulduğu qənaətinə gəliblər. Qızda erkən yaşlarından yetkinlik əlamətləri olub. Anasının dediyinə görə, üç yaşına qədər artıq menstruasiya olub. Linanın yetkin cinsiyyət orqanları təcavüzə məruz qalmadan əvvəl inkişaf etmişdi.
 

Onun öz atası qohumluq əlaqəsində şübhəli bilinərək həbs edilib, lakin sonradan sübut olmadığı üçün sərbəst buraxılıb. Uşağın atasının kim olduğu heç vaxt açıqlanmayıb. Lina və ailəsi heç vaxt hekayələrini ictimaiyyətə açıqlamayıblar.
 

Doğuş həkiminin şərəfinə Gerardo adı verilən oğlan 40 yaşına qədər yaşayıb. 1979-cu ildə o, sümük xəstəliyindən dünyasını dəyişib. On yaşına qədər ona Linanın anası olduğunu deməyiblər. O, Lindanın bacısı olduğuna inanıb.
 

34 ildən sonra Linanın əri Rauldan ikinci oğlu olub.
 

Jurnalistlərin fikrincə, Lina bu “tarixi doğuşdan” sonra çox az dəstək görüb. Həyat yoldaşı Raul daha sonra mətbuata deyib: "Mən bildiyimə görə, ona heç bir kömək göstərilməyib. Linda hökumətlərin bunu heç vaxt düzgün qəbul etmədiyini düşünür".
 

Bu müsahibəni o, təxminən 20 il əvvəl, Linanın 68 yaşı olanda Peruda kasıb, kriminal ərazidəki dar bir evdə yaşadığı zaman verib.
 

Jurnalistlər bildirir ki, Linanın bu gün sağ olub-olmadığı məlum deyil. Lakin hal-hazırda 89 yaşındadır və indiyə qədər uşaq dünyaya gətirən ən gənc insan olaraq qalır.

 

Aysel.az

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...